Azərbaycan Premyer Liqasının 18-ci tur çərçivəsində "Zirə" "Kəpəz"i qəbul edib.
2:2 hesabı ilə başa çatan görüşdən sonra qonaqların düşərgəsində qalmaqal yaşanıb.
Gərginlik komandanın baş məşqçisi Tərlan Əhmədovla klubun mühafizə xidmətinin rəisi Elmar Əliyev arasında yaşanıb.
Əliyev rəqib futbolçularla mübahisə edən gəncəli oyunçuları paltardəyişmə otağına aparmaq istəyərkən, Tərlan Əhmədov "Sənin burda nə işin var?" - deyə sərt müdaxilə edib.
Bundan sonra tərəflər arasında gərginlik artıb, klub rəsmisi baş məşqçiyə cavab qaytarıb.
Məsələnin daha da böyüməsinə yaxınlıqda olan digər komanda rəsmiləri icazə verməyib.
XANOĞLAN / SPORTİNFO.AZ

