Baş məşqçi ilə qalmaqal yaşadığını etiraf etdi: “Aramızda narazılıq olmuşdu”

25 Dekabr 2022 21:20 Kəpəz 1 106
Baş məşqçi ilə qalmaqal yaşadığını etiraf etdi: “Aramızda narazılıq olmuşdu”

Əfran İsmayılovla Tərlan Əhmədov arasındakı münaqişə səngiməmiş “Kəpəz”də növbəti qalmaqalın baş qaldırdığını xəbər vermişdik.

Baş məşqçi bu dəfə klubun mühafizə rəisi Elmar Əliyevlə baş-başa gəlib.

Klubun mühafizə rəisi ilə baş məşqçi arasında komandadakı hansısa işlə bağlı narazılıq yaranıb. Tərəflər üz-üzə gələrək söhbətə aydınlıq gətirəndə, söhbət bir az da böyüyüb. Münaqişənin qarşısını vaxtında alınıb.

Məsələyə aydınlıq gətirmək, münaqişənin nədən qaynaqlandığını və nə ilə nəticələndiyini öyrənmək üçün söhbətdə adı çəkilən Elmar Əliyevlə əlaqə saxladıq.

Klub rəsmisi faktı təsdiq etsə də, təfərrüata varmadı:

“Bəli, aramızda müəyyən narazılıq olmuşdu. Lakin bu barədə mətbuata açıqlama vermək istəmirəm. Hazırda diqqətimizi “Zirə” ilə oyuna yönəltmişik”.

“Kəpəz” Premyer Liqanın 18-ci turu çərçivəsində “Zirə”nin qonağı olacaq. Dekabrın 25-dəki oyun saat 15:00-da başlayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti