Tərlan Əhmədovun “Kəpəz”dəki gələcəyi sual altındadır.
Kluba gəldiyi gündən təcrübəli futbolçularla “körpüləri yandıran” baş məşqçi son vaxtlar klubda çalışanlarla münaqişə yaşayır.
Bir müddət öncə əvəzedici komandanın paltardəyişmə otağına və hamama girişinə qadağa qoymaq həvəsinə düşdüyündən, “Kəpəz-2”dəki həmkarları Xaliq Mərdanov və Orxan Verdiyevlə qalmaqal yaşayan Əhmədov, daha sonra komandanın məşqlərinin qapılarını klubda çalışanların üzünə bağlamaqla təzyiqlə üzləşmişdi.
“Kəpəz”in baş məşqçisi bu dəfə Elmar Əliyevlə üz-göz olub.
Klubun mühafizə rəisi ilə baş məşqçi arasında komandadakı hansısa işlə bağlı narazılıq yaranıb. Tərəflər üz-üzə gələrək söhbətə aydınlıq gətirəndə, söhbət bir az da böyüyüb. Münaqişənin qarşısını vaxtında alınıb.
Mübahisənin detallarını öyrənməyə çalışsaq da, təfərrüata vara bilmədik. Mövzuya mütləq qayıdacağıq.
HƏBİB / SPORTİNFO.AZ

