"Kəpəz" Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə ilə müqaviləni pozmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a müsahibəsində klubun İdarə Heyətinin sədri İlqar Nadiri açıqlama verib.
Onun sözlərinə görə, idman direktoru bu məsələ ilə bağlı futbolçularla danışır: "Onların digər komandalara keçməsi və ya icarəyə verilməsi də gündəmdədir. Son nəticəni yaxın günlərdə biləcəyik".
Hər üç futbolçunun "Kəpəz"lə cari mövsümün sonunadək sözləşmələri var. Onlar baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndəriliblər.

