"Kəpəz" derbiyə ciddi itkilərlə çıxacaq

20 Dekabr 2022 13:20 Kəpəz 493
"Kəpəz" derbiyə ciddi itkilərlə çıxacaq

"Kəpəz" Azərbaycan kubokunun 1/4 finalında "Turan Tovuz"la cavab oyununa itkilərlə çıxacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə həm cəzalı, həm də zədəli futbolçular var.

Belə ki, Zamiq Əliyev ilə Ruslan Süleymanov zədəlidir. Giorgi Kantariya isə cəzalı olduğundan oynaya bilməyəcək.

Bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" görüşü saat 14:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti