“Tərlan Əhmədovu yanıma heç süpürgəçi də götürmərəm” – Məşhur futbolçu

20 Dekabr 2022 13:00 Kəpəz 1 929
“Tərlan Əhmədovu yanıma heç süpürgəçi də götürmərəm” – Məşhur futbolçu

“Bundan sonra hansısa işin qulpundan yapışmalıyam.

“Kəpəz”lə müqavilə məsələsində ortaq məxsəcə gəlsək, bəlkə də karyeramı başa vurub, futbol sahəsində başqa işə başlayaram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında bir müddət öncə “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla münaqişə yaşayan və komandadan ayrılması gündəmə gələn Əfran İsmayılov deyib.

34 yaşlı futbolçu bundan sonra Əhmədovla çalışmaq niyyətində deyil. Bununla belə, karyerasını başa vurub başqa işlə də məşğul olmağa hazırdır:

“Karyeramı başa vursam, hansısa işin qulpundan yapışmalıyam. “Kəpəz”də, yaxud başqa klubda – fərq etmir.

Açığı, qarşıma konkret hədəf qoymamışam. Məşqçi, menecer, yaxud klub rəsmisi – hər birinə həvəsim var. Üçü də futbolda xoşladığım işlərdir.

Təki Tərlan Əhmədov kimi adamlardan uzaq olum. Onun kimi adamla nəinki işləmərəm, yaxına buraxmaram. İnsan zəif ola bilər, yalan danışa bilər, xarakterində qüsurlar ola bilər.

Amma insanda keyfiyyət yoxdursa, hər cür cildə girməyi bacarırsa, belələrindən uzaq durmaq lazımdır. İnşallah, gələcəkdə klub rəsmisi olsam, Tərlan Əhmədov kimi adamı yanıma heç süpürgəçi kimi də götürmərəm”.

İyulda sabiq çalışdırıcı Yaşar Vahabzadənin istəyi ilə komandaya cəlb olunan Əfran İsmayılovun “Kəpəz”lə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti