“İlk oyunda məğlub olmağımıza baxmayaraq mərhələni keçmək istəyirik. B
ilirik ki, bizi çətin oyun gözləyir. Ona görə cavab matçında daha yaxşı çıxış etməliyik. Buna gücümüz çatar".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in hücumçusu Tural Rzayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan kubokunun 1/4 finalının "Turan Tovuz"la keçiriləcək cavab matçı haqda danışarkən qələbəyə inandığını bildirib:
"İlk oyunda Tovuz klubu bizi məğlub edə bilibsə, təkrar görüşdə bizdə onlara qalib gələ bilərik. Düşünürəm ki, buna mane olacaq bir səbəb yoxdur.
Hazırlıqlarımız yaxşı keçib. Tapşırıqlar verilib və necə oynamalı olduğumuzu bilirik. Həftə ərzində də bunun üzərində işləmişik.
İnşallah, matçda bunu həyata keçirərək qalib gələn və mərhələ keçən tərəf biz olarıq. Azarkeşlərimiz də yarımfinala çıxmağımızı çox istəyirlər”.
Bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 14:00-da başlayacaq. Komandalar arasında ilk oyun Tovuz klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

