«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçi Tərlan Əhmədova sərt xəbərdarlıq edib.
Çalışdırıcı ilə görüşən funksioner komanda daxilində ciddi narazılıq doğuran məsələni yoluna qoyub.
Söhbət nədən gedir? İş ondadır ki, Əhmədov özündən cərimə sistemi tətbiq eləyib.
O, hazırlıq prosesinə gecikən, yaxşı məşq etməyən, avtobusda telefonla danışan, məşqçilərə vaxtında cavab verməyən futbolçulara 25-50 manat civarında cərimə kəsib.
Baş məşqçi bu pulun yığılmasını Tural Axundova tapşırıb. Kapitan da öz növbəsində dəftər-kitab götürərək, cərimələrin qeydiyyatını aparıb.
Axundov komanda yoldaşlarının maaşlardan tutulan vəsaiti Tərlan Əhmədova təqdim edib. İlqar Nadiri bu hadisədən xəbər tutan kimi sükançını danlayıb və ona bir daha özbaşına iş görməməsini tapşırıb.
İdarə Heyətinin sədri çalışdırıcıya xatırladıb ki, o, komandadaxili nizam-intizam kodeksi hazırlayıb və cərimələr buna əsasən müəyyənləşir, həmin məbləğ də klubun hesabına köçürülməlidir, daha cibə yox…
SPORTİNFO.AZ

