Bölgədən PFL-ə etiraz: “Belə olmaz, icazə ala bilmirəm!”

15 Dekabr 2022 20:40 Kəpəz 1 007
Bölgədən PFL-ə etiraz: “Belə olmaz, icazə ala bilmirəm!”

“Kəpəz”lə “Turan Tovuz”un ev oyunlarında azarkeş izdihamı yaşansa da, Şamaxı və Qəbələdəki matçlarda fərqli mənzərənin şahidi oluruq.

Sözügedən bölgələrdə futbolsevərlərin futbola olan sevgisinin dozası gözlənilən səviyyədə deyil ki, bu da azarkeş sayında özünü göstərir.

Redaksiyamıza müraciət edən “Şamaxı” azarkeşi günahın yerli fanatlarda yox, təqvimi tərtib edən Peşəkar Futbol Liqasında olduğunu qeyd edib.

Nicat Tapdıqovun müraciəti:

“Təqvimdən ciddi narazılığımız var. Çempionatın əvvəlində “Şamaxı”nın ev oyunlarına kifayət qədər azarkeş gəlirdi. Lakin son 3-4 matçda oyunlar həftəiçi günlərə təyin olunur. Üstəlik, saat 14:00-da başlayır.

Həmin günlərdə və saatlarda hamı işdə, ya da dərsdə olur. Biri mən, hər dəfə işdən icazə alıb çıxa bilmirəm.

Projektoru olmayan stadionlara oyunların həftəiçinə salınması düzgün yanaşma deyil.

Projektor yoxluğuna görə günortaya təyin edirlərsə, heç olmasa şənbə və ya bazar günlərinə təyin etsinlər. Belə olmaz!”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!