Premyer Liqa klubunda ŞOK GƏLİŞMƏ – Futbolçulara ödənilən məbləğlər şişirdilib?

15 Dekabr 2022 19:00 Kəpəz 1 322
Premyer Liqa klubunda ŞOK GƏLİŞMƏ – Futbolçulara ödənilən məbləğlər şişirdilib?

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov komandadaxili toplantıda şok açıqlama verib.

İki ay öncə sükan arxasına keçən müdafiəçi transfer siyasəti ilə bağlı araşdırma apardığını bildirib.

Qeyd edib ki, ondan əvvəl klubda görülən işlər, futbolçulara ödənilən məbləğlər haqda geniş informasiya toplayıb.

O, şəxsi əlaqələri hesabına əldə etdiyi məlumatları «yuxarı»ya ötürdüyünü deyib. Tərlan Əhmədov söyləyib ki, yayda düşərgəyə gətirilən əksər oyunçuların qiymətləri kifayət qədər şişirdilib.

Baş məşqçi vurğulayıb ki, transferlərə xərcləndiyi göstərilən pulla daha güclü heyət formalaşdırmaq olardı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti