Gəncədə MARAQLI SƏHNƏ: “Kimi buraxım?"

14 Dekabr 2022 16:40 Kəpəz 817
Gəncədə MARAQLI SƏHNƏ: “Kimi buraxım?"

Premyer Liqanın 17-ci turu çərçivəsində “Kəpəz” doğma meydanda “Sabah”ı qəbul edib.

2:2 hesabı ilə başa çatan oyunun gedişində maraqlı səhnə yaşanıb.

Belə ki, qarşılaşmanın 70-ci dəqiqəsində bir qrup azarkeş baş məşqçi Tərlan Əhmədova əvəzetmə ilə bağlı müraciət edib: “Tərlan, “zamen” elə”.

Tribunadan gələn səsləri eşidən baş məşqçi onlara tərəf dönərək gülümsəyib və əli ilə ehtiyat oyunçular skamyasını göstərərək “kimi buraxım” sualını verib.

Əhmədovun futbolda nadir halda görə biləcəyimiz bu cür davranışı azarkeşlər tərəfindən alqışla qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti