Gəncədə BU ADAM ÜÇÜN plan hazırlanır

13 Dekabr 2022 17:40 Kəpəz 2 102
Gəncədə BU ADAM ÜÇÜN plan hazırlanır

“Kəpəz”də vəziyyət kritik həddə çatıb.

Tərlan Əhmədovun bu dəfə Əfran İsmayılovla münaqişə yaşaması Gəncədə ciddi narazılığa səbəb olub.

Baş məşqçinin komandada heç kimlə yola getməməsi və komandanı parçalamağa çalışması yerli futbol azarkeşləri tərəfindən birmənalı qarşılanmır. Xüsusən Əfrana qarşı düşmən münasibəti gəncəli fanatları hiddətləndirib.

Sosial şəbəkələrdəki paylaşımlar və şərhlər “Kəpəz” – “Sabah” görüşündə stadionda “istefa” şüarlarının eşidəcəyimizdən xəbər verir. Bir qrup azarkeş son yaşananlardan olduqca narazıdır.

Baş məşqçinin çərşənbə günü baş tutacaq oyunda Əfran İsmayılovla yanaşı, gəncəli Tural Rzayevin də adını iştirak ərizəsinə salmayacağı gözlənilir. Bu isə yerli fanatları bir az da özündən çıxaracaq.

Hər halda, nələrin baş verəcəyini birlikdə görəcəyik.

Dekabrın 14-də Premyer Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Sabah” oyunu saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti