Tərlan Əhmədov rəhbərə ağız açdı, rədd cavabı aldı

13 Dekabr 2022 10:40 Kəpəz 1 159
Tərlan Əhmədov rəhbərə ağız açdı, rədd cavabı aldı

Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz”də sakit gün yoxdur.

Baş məşqçinin qərarları və ətrafındakılara münasibəti hər gün mətbuata hansısa xəbərin çıxmasına səbəb olur.

Rauf Əliyev, Əli Səmədov və Elvin Yunuszadəni əvəzedici komandaya göndərilməsi daxildəki ab-havanı xeyli gərginləşdirmişdisə, Əfran İsmayılovla paltardəyişmə otağında baş verən ciddi münaqişə “Sabah”la oyun öncəsi düşərgədə ciddi gərginlik yaradıb.

Yaşar Vahabzadənin cəlb etdiyi futbolçuları sərəncamında görmək istəməyən və onları “Kəpəz”dən uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atan Tərlan Əhmədov bir neçə saat öncə İlqar Nadiri ilə danışıb.

Baş məşqçi klubun İdarə Heyətinin sədri ilə söhbətdə 6 nəfərin əvəzedici komandaya göndərilməsinə dair qərar verdiyini və bunu həmin futbolçuların diqqətinə çatdırılmasını xahiş edib.

Nadiri komandadaxili məsələlərə qarışmadığını, işinin təşkilatçılıq və maliyyə problemlərini yoluna qoymaq olduğunu deyərək, həmin futbolçularla özünün danışmalı olduğunu baş məşqçiyə bildirib.

“Kəpəz” dekabrın 14-də Premyer Liqanın 17-ci turu çərçivəsində Gəncədə “Sabah”ı qəbul edəcək. Bu matçda bir neçə futbolçunun adının iştirak ərizəsinə salınmayacağı indidən məlumdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti