Azərbaycanda 30-cu məğlubiyyəti alan komanda hansıdır?

11 Dekabr 2022 02:10 Kəpəz 563
Azərbaycanda 30-cu məğlubiyyəti alan komanda hansıdır?

“Kəpəz” Azərbaycan kubokunda 30-cu məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi 1/4 finalın ilk matçında “Turan Tovuz”a uduzub – 1:2.

Turnirdə 103-cü görüşünə çıxan “Kəpəz” 58 qələbə qazanıb və 15 dəfə heç-heçə edib. Qərblilər 13 dəfə evdə, 17 dəfə səfərdə uduzub.

“Kəpəz”in ilk məğlubiyyəti Tovuzun digər klubu “Turan”la matça təsadüf edib. 1992-ci ildə 1/8 finalın görüşündə gəncəlilər səfərdə 0:1 hesablı məğlubiyyət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!