Tərlan Əhmədov ilk xəbərdarlıqdan dərs çıxarmasa...

11 Dekabr 2022 19:40 Kəpəz 856
Tərlan Əhmədov ilk xəbərdarlıqdan dərs çıxarmasa...

“Kəpəz” uğursuzluq zolağından heç cür çıxa bilmir.

Komanda 5 oyundu qələbəyə həsrətdir. Ən acınacaqlı olanı da odur ki, son 5 oyunda “Qarabağ”ı çıxsaq, digərləri qələbə qazanmaq üçün ən münasib rəqiblər idi.

Amma Tərlan Əhmədovun yetirmələri öncə “Turan Tovuz” (0:0) və “Şamaxı” (0:0) ilə Premyer Liqada bərabərə qaldı. Ardınca doğma divarlar arasında “Sumqayıt” məğlubiyyəti (0:1) yaşandı.

Dünən isə qərb təmsilçisi ölkə kubokunda ciddi zərbə oldu. Komanda ¼ final mərhələsinin ilk matçında “Turan Tovuz”dan məğlubiyyət (1:2) aldı.

Doğma meydanda əzəli rəqibdən alınan məğlubiyyət yerli tərəfdarların da səbr kasasını daşırmış oldu.

Belə ki, “Kəpəz”in ən böyük azarkeş qrupu olan “Xəmsə” öz feysbuk hesabından sərt paylaşım etməsi ilə yadda qalıb:

“Yarımfinala çıxa bilməsəniz, son turda gələcəyik sizi qış tətilinə yola salmağa!

Ağlınızı başqa yerə verdikcə, işinizi daha da çətinləşdirirsiniz!”.

Görünür, Tərlan Əhmədov barəsində son zamanlar mətbuatda yayılan xoşagəlməz hallar fanatların da diqqətindən yayınmır. Sözsüz ki, paylaşımdakı mesajın birbaşa baş məşqçiyə ünvanlandığı sirr deyil.

İndi qalır, Əhmədovun ilk xəbərdarlıqdan dərs çıxarması. Əksin edənlərin, Gəncədəki taleyi barədə, yəqin ki, geniş izah verməyə ehtiyac yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti