QALMAQALLI VİDEO: Tərlan Əhmədov komandasının liderinə niyə QƏZƏBLƏNDİ?

7 Dekabr 2022 16:00 Kəpəz 1 077
QALMAQALLI VİDEO: Tərlan Əhmədov komandasının liderinə niyə QƏZƏBLƏNDİ?

“Kəpəz”də problemli hadisələr bitmək bilmir.

Baş məşqçi Tərlan Əhmədov bu dəfə Giorgi Kantariyanı cəzalandırıb.

Buna səbəb Azərbaycan Premyer Liqasının 15-ci turunda baş tutan "Şamaxı" - "Kəpəz" görüşündə yaşanan insidentdir.

Matçın sonlarına yaxın, daha doğrusu, əlavə olunmuş dəqiqələrdə futbolçular əlbəyaxa davaya çıxıb.

Belə ki, 90+5-ci dəqiqədə "Şamaxı"nın müdafiəçisi Fuad Bayaramovla "Kəpəz"dən Elçin Əlicanovun mübarizəsindən sonra meydan sahiblərinin oyunçusu yerdə qalıb.

Bir neçə saniyə sonra Gəncə klubunun gürcü legioneri Giorgi Kantariya yerdə qalan futbolçuya yaxınlaşaraq əsəbi şəkildə nəsə deyib.

Bu zaman "Şamaxı"nın hücumçusu Bahadur Həziyev əsəbi şəkildə Kantariyanın üzərinə yeriyərək, komanda yoldaşını müdafiə etməyə çalışıb.

Nəticədə futbolçular arasında dava düşüb. Olay zamanı hər iki komandanın ehtiyat oyunçular skamyasında əyləşənlər və baş məşqçiləri də meydana daxil olub.

Bir neçə dəqiqə davam edən insidentdən sonra baş hakim Əliyar Ağayev futbolçuları sarı vərəqə ilə cəzalandırıb.

Onlardan Kantariya cəzalı duruma düşüb və “Sumqayıt”la növbəti tur matçını buraxıb.

“Kimyaçılar”la Gəncədə keçirilən qarşılaşmanı 0:1 hesabıyla uduzmaq Tərlan Əhmədovu lap çox qəzəbləndirib və bunun səbəbkarı kimi gürcü yarımmüdafiəçini görüb.

O, Gürcüstan yığmasının sabiq üzvünün əməkhaqqısının bir hissəsini kəsib. Bununla ürəyi soyumayan çalışdırıcı Kantariyanı ağır formada tənqid edib.

SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti