Azərbaycan klubunun əfsanəsi işlə təmin oldu – Qızlar ona əmanət!

5 Dekabr 2022 22:40 Kəpəz 756
Azərbaycan klubunun əfsanəsi işlə təmin oldu – Qızlar ona əmanət!

Füzuli Allahverdiyevə “Kəpəz”də iş verilib.

Tərlan Əhmədovun əsas komandaya baş məşqçi təyin olunmasından sonra əfsanəsi olduğu klubdan kənarlaşdırılan ötənlərin məşhur futbolçusu bundan sonra “Kəpəz”in qızlardan ibarət komandasında çalışacaq.

Ona baş məşqçi postu həvalə olunub.

Əhmədovun sentyabrda “sükan” arxasına keçməsindən sonra təcrübəli mütəxəssislə işləməkdə maraqlı olmaması Gəncədə ciddi narazılığa səbəb olmuşdu.

Füzuli bəyin “Kəpəz”dəki xidmətlərini nəzərə alan rəhbərlik səbəbkarın işsiz qalmasının qarşısını alıb.

Mehman Allahverdiyevin qardaşı olan Füzuli Allahverdiyev karyerasıboyu yalnız “Kəpəz”in şərəfini qoruyub.

Futbolçu karyerasını başa vurandan sonra həyatının böyük hissəsini verdiyi komandada Şahin Diniyev, Yunis Hüseynzadə, Yaşar Vahabzadə kimi məşqçilərin köməkçisi vəzifəsini daşıyıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti