Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib.
Autsayderlərin duelində qonaqlar minimal hesablı qələbə qazanıb. Yeganə qolu 89-cu dəqiqədə kapitan Vurğun Hüseynov vurub.
84-cü dəqiqədə "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Vüqar Mustafayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra "sarı-göylər" 10 xalla 9-cu, "gənclik şəhəri" təmsilçisi isə 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

