“Kəpəz”də adı gizli saxlanılan yeni transferin FOTOSU

4 Dekabr 2022 23:40 Kəpəz 802
“Kəpəz”də adı gizli saxlanılan yeni transferin FOTOSU

“Kəpəz”də yeni futbolçu peyda olub.

Artıq xeyli vaxtdır gəncəlilərin məşqlərində bəstəboy, qaradərili oyunçu gözə dəyir.

Foto noyabrın 28-də çəkilib. “Kəpəz”in “Şamaxı” ilə oyunundan sonra (1:1) Tərlan Əhmədov komandanın bütün üzvlərinə meydanda qalıb məşq etmək tapşırığı verəndə “sürpriz futbolçu” da digərləri kimi məşq edir, tapşırıqları yerinə yetirirdi.

Bəndəniz həmin oyunçunun şəklini telefonumun yaddaşına köçürüb kimliyi ilə maraqlandım.

Məlum oldu ki, bu, Juninyo Maranhensedir. Yayda “Kəpəz”in düşərgəsində olan, futbolçu keyfiyyətləri ilə sabiq çalışdırıcı Yaşar Vahabzadənin diqqətini çəkən həmin Juninyo.

Braziliyalı forvard “Kəpəz”in məşqçilər heyəti tərəfindən bəyənilsə də, futbolçunun müqavilə ilə Litva “Babrungas”ına məxsus olması və həmin vaxt klubların ortaq məxrəcə gələ bilməməsi Maranhense Azərbaycanı tərk etməsi ilə nəticələnmişdi.

“Babrungas”la məsələni yoluna qoyan 23 yaşlı forvard bir müddət əvvəl Gəncəyə təşrif buyuraraq klubla ortaq məxrəcə gəlib və 2023-cü ilin yanvarında qüvvəyə minəcək müqaviləyə qol çəkib.

O, çempionatın ikinci yarısı üçün sifariş olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti