"Kəpəz" yeni legionerlə anlaşıb.
Gəncə təmsilçisi Juninyo Maranhense ilə 1 illik (6 ay+6 ay) müqavilə şərtlərini razılaşdırıb.
23 yaşlı vinger hazırda azad agent statusu daşıyır, sadəcə, son ayları "Babrunqas"da keçirdiyi üçün yalnız yeni ildən sifariş olunacaq.
Maranhense ilk dəfə iyulun 13-də “Kəpəz”in Bakıdakı məşqlərinə qoşulmuşdu. Məşqlərdə və yoldaşlıq görüşlərində iştirak edən braziliyalı ovaxtkı baş məşqçi Yaşar Vahabzadənin diqqətini çəkməyi bacarmışdı.
Vahabzadə klub rəhbərliyi ilə söhbətdə Juninyo ilə müqavilə bağlanılmasını qətiyyətlə bildirmişdi. Lakin… Onun Litva “Babrungas”ı ilə müqaviləsi olduğundan, məsələ iki klub arasındakı danışıqların müsbət nəticəsi ilə başa çatmalıydı.
Di gəl, Litva təmsilçisini razı salmaq mümkün olmamışdı. Tərəflər maliyyə şərtərində razılığa gələ bilməyincə, Juninyo Azərbaycanı tərk etmişdi.
Əvvəllər ABC, “Palmeyra”, “Maranhao”, “Moto” klublarında forma geyinmiş cənubi amerikalı Azərbaycanda hər ay 3000 dollar civarında pul qazanacaq.
SPORTİNFO.AZ

