"Kəpəz"dəki müəmmaya özü aydınlıq gətirdi: "Mənə qarşı təzyiqlər oldu və bu..."

2 Dekabr 2022 23:20 Kəpəz 785
"Kəpəz"dəki müəmmaya özü aydınlıq gətirdi: "Mənə qarşı təzyiqlər oldu və bu..."

"Kəpəz" Yaşar Vahabzadənin başçılığı altında mövsümə yaxşı start verməyi bacarmadı.

Komanda meydana çıxdığı ardıcıl 4 görüşdə də məğlub oldu. Ardınca istefa verən çalışdırıcını Tərlan Əhmədov əvəzlədi.

Bölgə klubunun onun rəhbərliyi altında ilk ciddi sınağı qərb derbisində baş tutdu və komanda "Turan Tovuz"a uduzdu -0:2.

Amma sonrakı turlar Gəncə təmsilçisi uğurlu matçlar keçirməyi bacardı. Belə ki, sonrakı 9 turda cəmi 3 məğlubiyyət alan kollektiv 6 görüşdən xal çıxarmağı bacardı. Bu matçlardan ikisində qələbə, 4-də bərabərlik əldə edən "Kəpəz"in indi aktivində 10 xal var.

Göründüyü kimi, baş məşqçi dəyişikliyinin komandaya kifayət qədər uğur gətirdiyini deyə bilərik. Amma maraqlı olan odur ki, məşqçi dəyişsə də heyət həmin heyətdir.

Və bu futbolçuları sabiq çalışdırcı "Kəpəz"ə cəm etmişdi. Arxada qalan oyunlar da göstərir ki, ayrılan büdcəyə görə gətirilən oyunçuların səviyyəsi heç də pis deyil. Bir sözlə, seleksiya yaxşı aparılıb.

Bəs, seleksiyanı yaxşı aparan Vahabzadə niyə yaxşı nəticələr də verə bilmədi? Olmaya, bir qədər səbr göstərilsəydi, bugünkü nəticələri və bəlkə də daha yaxşısını onun rəhbərliyi altında görə bilərdik?

Suallarımıza cavab tapmaq üçün təcrübəli mütəxəssislə əlaqə saxladıq.

Açığı, Yaşar müəllim ilk əvvəl bu barədə danışmaq istəmədiyini bildirdi. Amma müəyyən israrımızdan sonra qısaca da olsa fikirlərini dilə gətirdi:

"Düzdü, büdcəyə uyğun olan futbolçuları komandaya cəlb etmişdik. Bəlkə də müəyyən zaman lazım idi. Mövsüm yeni başlayırdı. Cəmi 4 oyun oynamışdıq.

Futbolçuların bir-birinə uyğunlaşmasına vaxt lazım idi. Oyunumuzda yaxşı elementlər də az deyildi. Qollar vururduq, sadəcə müdafiədə bəzi boşluqlar vardı. Zamanla düzələsi işlər idi.

O vaxt mənə qarşı müəyyən təzyiqlər də oldu. Buna görə çətinliklər yaranırdı. Bu, istər-istəməz futbolçulara da təsir edirdi. Çünki başverənləri görürdülər.

Qismət Allahdan beləymiş. "Kəpəz"ə yenə uğurlar arzu edirəm. İnşallah, qələbələrin davamı gələr və xallar yığaraq turnir cədvəlində yaxşı pillələrə yüksələrlər".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti