Klubun rəhbəri baş məşqçidən üz çevirdi - Telefonlarına da cavab vermir…

1 Dekabr 2022 11:40 Kəpəz 843
Klubun rəhbəri baş məşqçidən üz çevirdi - Telefonlarına da cavab vermir…

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri ilə baş məşqçi Tərlan Əhmədovun münasibətləri gərginləşib.

Bir nömrəli idarəçi çalışdırının özünü pis aparmasından narazıdır.

Belə ki, o, istər klubun rəsmi şəxsləri, istər əməkdaşları, istərsə də futbolçularla kobud rəftar edir. Bu azmış kimi, bir qrup veteran futbol adamı Əhmədovdan şikayətçidir.

Məşq zamanı heç kimi stadiona buraxmayan, bunun üstündə işçilərindən birinin fiziki müqavimətinə rast gələn baş məşqçinin hərəkətləri İlqar Nadirinin ona baxışını dəyişib.

İdarə Heyətinin sədri Əhmədovla görüşməkdən bir neçə dəfə imtina edib, zənglərini cavabsız qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti