Tərlan Əhmədov bu əcnəbi ilə bağlı səhvini düzəldəcəkmi?

29 Noyabr 2022 22:20 Kəpəz 692
Tərlan Əhmədov bu əcnəbi ilə bağlı səhvini düzəldəcəkmi?

Tərlan Əhmədovun “Kəpəz”ə gəlişindən sonra “qara siyahı"ya düşən futbolçulardan biri də Mixahil Egemlizde oldu.

Düzdü, forvard nə komandadan qovulub, nə də əvəzedici heyətə göndərilib.

Amma davamlı olaraq ehtiyatda qalırdı. O, yalnız əvəzlənmədən meydana girərək, qısa müddət oynamaq fürsəti alırdı.

Yəqin ki, bu da məcburiyyətdən. Çünki Rauf Əliyevi əvəzedici heyətə göndərən təcrübəli mütəxəssis yalnız Abdulaye Şuaybinin ümidinə qalmışdı. Ergemlidzedən başqa isə oyuna daxil olacaq ikinci forvard yoxdur.

Nigeriyalının zədələnməsi gürcüstanlı futbolçu üçün göydəndüşmə oldu.

Əhmədov çıxılmaz vəziyyətdə qalıb ilk dəfə “Sumqayıt”la kubok görüşündə onu start heyətində meydana buraxdı. Ön xətt oyunçusu da matçdakı yeganə qolun müəllifli olmaqla sözünü meydanda demiş oldu.

Onun Tərlan Əhmədovun gəlişindən sonra start heyətində meydana çıxdığı ikinci görüş isə Premyer Liqada “Şamaxı”ya qarşı oldu. Bu dəfə də qərb təmsilçisinin qarşılaşmadakı yeganə qolunu əcnəbi forvard öz aktivinə yazdıra bildi.

Ergemlidzenin qolu kubokda mərhələni gətirmişdisə, Şamaxıda vacib bir xal üçün yetərli oldu – 1:1.

İki oyun və iki qol. Bir hücumçusu üçün kifayət qədər yüksək məhsuldarlıq sayıla bilər.

Belə performansı 23 yaşlı futbolçudan çalışdırıcya ünvanlanan “mən də varam” mesaj kimi də qəbul edə bilərik.

Əhmədovun onunla bağlı yanlışını növbəti oyunlarda düzəldib-düzəltməyəcəyini isə zaman göstərər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!