Bölgə təmsilçisinin bombardiri oynamayacaq - DƏRDİ NƏDİR?

26 Noyabr 2022 23:40 Kəpəz 500
Bölgə təmsilçisinin bombardiri oynamayacaq - DƏRDİ NƏDİR?

Son oyunlarda xoş təsir bağışlayan “Kəpəz” ciddi itki ilə üzləşib.

Premyer Liqanın 14-cü turunda “Turan Tovuz”la Gəncədə baş tutan oyunda start heyətində yer alan Abdullahi Şuaybu oyunun 84-cü dəqiqəsində Tural Rzayevlə əvəzlənmişdi.

Nigeriyalı hücumçu ayağından xəsarət aldığından baş məşqçi Tərlan Əhmədov onu əvəzləmişdi.

Ölkə kubokunun 1/8 final qarşılaşması çərçivəsində “Sumqayıt”la keçirilən matçda Şuaybunun soyadına rast gəlmədik. Nə əsas heyətdə, nə də ehtiyatda əyləşənlərin arasında.

Klubun mətbuat katibi Azad Mustafayevdən aldığımız bilgiyə görə, 20 yaşlı futbolçu son günlər fərdi məşqlərə start verib. Lakin kollektivlə ağır çalışmalarda iştirak etməkdən məhrumdur. Hələ ki, həkimlərin verdiyi plan üzrə hazırlıq keçir.

Abdullahinin belə vəziyyətdə “Şamaxı”ya qarşı oynaması çətin görünür. Əvvəla, son 2 həftəni komanda məşqlərində tər tökməyib.

Digər tərəfdən, Şamaxı şəhər stadionu süni örtüyə malikdir. Yəni zədəsini sağaltmayan futbolçunun “sintetika”da oymaması ciddi riskdir. Baş məşqçinin nigeriyalıya “11-lik”də şans verəcəyi inandırıcı deyil.

Abdullahi Şuaybu cari mövsümdə “Kəpəz” formasında meydana çıxdığı 14 görüşdə 4 qol vurub, 2 qolun ötürməsini verməklə komandasının ən məhsuldar futbolçusudur.

Noyabrın 28-də Premyer Liqanın 15-ci turu çərçivəsində baş tutacaq “Şamaxı” – “Kəpəz” oyunu saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"