ŞOK İDDİA: “Tərlan, səs yazıların silinməyib, səni ...” - FOTO

22 Noyabr 2022 20:00 Kəpəz 1 609
ŞOK İDDİA: “Tərlan, səs yazıların silinməyib, səni ...” - FOTO

“Kəpəz”də baş məşqçi postuna keçəndən sonra adı gündəmdən düşməyən Tərlan Əhmədov son vaxtlar manşet adamıdır.

Komandanı meydana çıxardığı 10 qarşılaşmada “sarı-göylər” aktivinə 9 xal yazmağı bacarıb.

Lakin yerli futbolsevərlər nisbi uğurdan yox, baş məşqçinin futboldankənar əməllərindən danışır.

Əsas diqqətini şəxsi münasibətlərin necəliyinə ayıran Əhmədov “Kəpəz”ə gələn kimi Rauf Əliyevi, ardınca klubda əlaqələndirici vəzifəsini daşıyan İlham Səmədovun oğlu Əli Səmədovu əsas komandadan uzaqlaşdırdı.

Çox keçmədən idman direktoru Gəncə futbolunun əfsanələrindən hesab olunan Mehman Allahverdiyevə və digərlərinə əsas komandanın məşqlərini izləmək qadağası qoydu.

Son olaraq isə əvəzedici komandanı paltardəyişmə və duş otaqlarından qovmaqla ciddi qalmaqala səbəb oldu.

İndi gəncəlilər Tərlan Əhmədovun əlindən dad edir. Məşqçi kimi ilk dəfə çalışdığı şəhərdə özünə kral hesab edən baş məşqçi verdiyi qərarları ilə yerli futbol adamlarını “Kəpəz”dən uzaqlaşdırmağa çalışır.

Ətrafında çalışmağın mümkünsüz olduğu göstərir ki, adamlar başını götürüb qaçsın.

Bu dəfə başqa bir şəxs, vaxtilə Tərlan Əhmədovla yaxınlığı ilə seçilmiş, özünün dediyinə görə, “Kəpəz”ə gəlişində rol oynamış keçmiş dostu Natiq Əsədov dilə gəlib.

Stajlı futbol azarkeşi “feysbuk” səhifəsində baş məşqçi haqda düşündürən ifadələr işlədib:

“Gündəmə gəlmək üçün verdiyin mayka. Nə tez deyişdin sən? “Onu bağışlamaq olarmı” kinosuna baxmısınız?

Tərlan, səni “Kəpəz”in baş məşqçisi edənlərdən nə tez döndün? Səs yazıların hələ silinməyib. Ağac bar verəndə başını aşağı əyər”.

Natiq bəyin telefonundakı səs yazılarında nə haqda danışıldığını demək çətindir. Çətin olmayan Tərlan Əhmədovun baş məşqçi postuna keçəndən sonra dostlarına arxa çevirməsini müəyyən etməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti