"O, kimdir ki…" dedi, baş məşqçi tələb etdi: "Bura ayağı dəyməsin"

18 Noyabr 2022 13:00 Kəpəz 766
"O, kimdir ki…" dedi, baş məşqçi tələb etdi: "Bura ayağı dəyməsin"

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov klub rəhbərliyi qarşısında yeni tələb irəli sürüb.

Sentyabrda Yaşar Vahabzadənin yerinə gəlmiş mütəxəssis xidmətindən imtina etdiyi Rauf Əliyevin ümumiyyətlə buradan uzaqlaşdırılmasını istəyib.

O, 2 aya yaxındır əsas komandadan kənarlaşdırdığı hücumçunun əvəzedici heyətdə meydana çıxmasına qarşıdır.

I Divizionda vurduğu qollarla son vaxtlar tez-tez gündəmə gələn forvardın onun haqda mətbuata verdiyi açıqlamalar Əhmədovu hiddətləndirən əsas səbəbdir.

Belə ki, millinin sabiq üzvü adıçəkilən baş məşqçinin onunla bağlı qərarını sərt tənqid edib, yanlışları üzünə vurub, barəsində «o, kimdir ki…» ifadəsini işlədib.

Əliyev «Kəpəz»in ən ödənişli futbolçularından biridir. Mövsümlərarası fasilədə "Səbail"dən bura gələn və birillik müqaviləyə qol çəkən forvardın aylıq qazancı 5000-5500 manat civarındadır.

Məşqdə komanda yoldaşı ilə yaşadığı mübahisəyə görə Əhmədovun qəzəbinə tuş gələn hücumçu müqaviləni ikitərəfli qaydada pozmaqla bağlı təklifi geri çevirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti