Tərlan Əhmədov onların pulunu niyə kəsib? – Narazılıq böyüdü…

17 Noyabr 2022 14:00 Kəpəz 749
Tərlan Əhmədov onların pulunu niyə kəsib? – Narazılıq böyüdü…

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədovla köməkçiləri arasında narazılıq yaranıb.

Buna səbəb onun yardımçılarını cərimələməsidir.

Çalışdırıcı komandadaxili iclasa və məşqə gecikən korpus üzvlərinin əməkhaqqısının bir hissəsinin kəsilməsiylə bağlı raport hazırlayıb.

Hesabatla tanış olan klub rəhbərliyi Əhmədovun mövqeyini nəzərə alıb. Baxmayaraq ki, məşqçilər hadisənin üzrlü səbəbdən baş verməsi barədə rəsmiləri məlumatlandırıb.

İdarə Heyətinin sədri İlqar Nadiri olaya qarışmır. O, köməkçilərə Əhmədovun özüylə bu haqda danışmağı məsləhət görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti