Qarabağın şəhid kapitanının bacısı Avropa üçüncüsü oldu - FOTOLAR

28 May 2024 03:00 Karate 871
Qarabağın şəhid kapitanının bacısı Avropa üçüncüsü oldu - FOTOLAR

Vətən müharibəsi şəhidi kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal qazanıblar.

Solmaz Zeynallı Səbail Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri olaraq xidmət edir.




Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM