Azərbaycan millisi Avropa Kubokunda 1-ci yeri tutdu

28 Aprel 03:50 Karate 331
Azərbaycan millisi Avropa Kubokunda 1-ci yeri tutdu

Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi son gündə 3 gümüş və 3 bürünc medal qazanıb.

Sadiq Məmmədov (-73 kq), Ayxan Həsənli (-81 kq) və Ömər Axundov (-90 kq) ikinci yeri tutublar.

Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi -81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc mükafat əldə ediblər.

Daha əvvəl Nihad Ağayev (-50 kq), Fərid Xudiyev (-55 kq) qızıl, İbrahim Talıbov (-55 kq), Sunay Salamova (-40 kq) gümüş, İlkin Qarayev (-66 kq), Pərvin Sevxanlı (-44 kq) və Nərmin Ağamirzəzadə (-52 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, aktivində 2 qızıl, 5 gümüş və 6 bürünc medal olan Azərbaycan millisi turniri 35 ölkə arasında ümumi komanda hesabında üçüncü pillədə başa vurub. Oğlanların mübarizəsində isə Azərbaycan millisi birinci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!