Məmmədovun zədəsi ciddidir, ilin sonunadək meydana çıxmaya bilər

14 Oktyabr 2025 13:40 Milli komanda 1 065
Məmmədovun zədəsi ciddidir, ilin sonunadək meydana çıxmaya bilər

Azərbaycan millisinin heyətində sıradan çıxan "Araz-Naxçıvan" klubunun futbolçusu Rahil Məmmədovun zədəsi ciddidir.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 29 yaşlı müdafiəçinin qasıq nahiyəsində problem aşkarlanıb.

Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı tibbi müayinələrdən sonra bəlli olacaq. R.Məmmədov böyük ehtimalla 2025-ci ilin sonunadək meydana çıxa bilməyəcək.

O, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.

Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!