“Real” “İnter”dən müdafiəçi Denzel Dumfrislə müqavilə imzaladığını elan edib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu ilə 30 iyun 2030-cu ildə başa çatacaq dörd illik müqavilə imzalanıb.
Müqavilənin maliyyə detalları açıqlanmayıb.
“Transfermarkt”ın məlumatına görə, Dumfrisin transferi “Real”a 20 milyon avroya başa gəlib.
Dumfris 2021-ci ildən “İnter”də çıxış edirdi.

