Nazir tanınmış azərbaycanlı futbolçuya ad verdi

2 Sentyabr 2023 02:00 Hadisə 2 160
Nazir tanınmış azərbaycanlı futbolçuya ad verdi

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, lll Avropa Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüşdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib.

Sonra nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Onların arasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Əfran İsmayılov da var.

Ardınca ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Fərid Qayıbov qeyd edib ki, avqust medalların sayı baxımından zəngin ay olub.

Nazir həmçinin ölkəmizdə 2 böyük yarışın - şahmat üzrə Dünya Kuboku və atıcılıq üzrə dünya çempionatının da uğurla keçdiyini qeyd edib.

Bildirib ki, ilboyu ölkəmiz bır sıra beynəlxalq yarışlara ev sahibliyi edir. Bunlardan biri də noyabrın 4-də Bakıda keçiriləcək MMA üzrə Rizin yarışıdır.

Güllə atıcılığı, MMA, idman gimnastikası, batut gimnastikası və tamblinq, bədii gimnastika, boks, muaytay, vinq çun, uşu-sanda, para-üzgüçülük, paracüdo, para-taekvondo, para-atıcılıq, atletika, sərbəst güləş, yunan-Roma güləşi, karate, cüdo, taekvondo, ağırlıqqaldırma idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Bu idman növlərində ay ərzində 44 qızıl, 50 gümüş və 73 bürünc medal qazanılıb.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti