"Milan" Zlatan İbrahimoviçlə bağlı bəyanat yaydı

26 May 2020 19:30 İtaliya 625
"Milan" Zlatan İbrahimoviçlə bağlı bəyanat yaydı

"Milan" hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, klub isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

A seriyası təmsilçisi veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb. İbrahimoviçin dünənki məşqdə sağ ayağından zədə aldığını amma topuq nahiyəsində heç bir problem olmadığı bildirilir.

Zlatanın 10 gündən sonra yenidən tibbi müayinədən keçəcəyi qeyd edilib. Mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var