UEFA Eminlə Mbappeni üz-üzə qoydu

19 Noyabr 2023 19:00 Araşdırma 6 925
UEFA Eminlə Mbappeni üz-üzə qoydu

UEFA turun qolunu müəyyənləşdirmək üçün sorğu keçirir.

Qurumun saytında yer alan xəbərdə AVRO-2024-ün seçmə mərhələsinin ötən turunun 4 ən baxımlı qolu yer alıb.

Emin Mahmudovun İsveçin qapısına vurduğu məlum möhtəşəm qol, Cəbəllütariqlə qarşılaşmada fransız Kilian Mbappenin təxminən 40 metrdən rəqib qapısından keçirdiyi top, Şimali İrlandiya ilə oyunda Finlandiya seçməsinin üzvü Robin Podun qolu, həmçinin, Qazaxıstan – San-Marino duelində meydan sahiblərindən İslam Çesnokovun 19-cu dəqiqədə hesabı açdığı qol izləyicilərin ixtiyarına verilib.

Sayta daxil olanlar turun ən baxımlı qolları ilə tanış olandan sonra onlardan birini ən yaxşı seçməlidir.

Təbii, Eminin vurduğu top gecənin ən şedevr qolu idi. Lakin siyahıda azarkeş kütləsi zəngin olan Kilan Mbappenin də yer alması Mahmudovun işini çətinə salır.

Ümid edək ki, ədalətli seçim qalibin adına aydınlıq gətirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti