Argentinalı üçün 50 milyon avrodan çox ödəmə etməyə hazırdır

18 Yanvar 2025 01:30 İtaliya 898
Argentinalı üçün 50 milyon avrodan çox ödəmə etməyə hazırdır

“Napoli” hələ də “Mançester Yunayted”in vingeri Alexandro Qarnaçonun transferini tamamlayacağına ümid edir.

İtaliya klubunun 20 yaşlı futbolçuya marağı bir müddətdir ki, bilinir. Ancaq onun qiyməti ciddi maneə hesab olunur.

“Qırmızı şeytanlar” 80 milyon avrodan çox tələb edirlər.

Sportinfo.az xarici KiV-ə istinadən xəbər verir ki, “Napoli” təslim olmur və argentinalı üçün 50 milyon avrodan çox təklif etməyə hazırdır.

Transferdə maraqlı olduğunu futbolçu özü də açıqlayıb.

Qarnaço bu mövsüm “Mançester Yunayted”in heyətində 31 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu