“Mövsüm başlayanda sizə dedim ki bütün problemlər sizin beyninizdədir”

7 Yanvar 22:00 İtaliya 787
“Mövsüm başlayanda sizə dedim ki bütün problemlər sizin beyninizdədir”

“Milan”ın sahiblərinin müşaviri Zlatan İbrahimoviç İtaliya superkubokunun finalında “İnter” üzərində 3:2 hesablı qələbədən sonra paltardəyişmə otağında çıxış edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın performansını yüksək qiymətləndirib:

“Məqsədlərimizdən birinə nail olduq. Komanda belə istəklə oynayanda onlara qalib gəlmək çətindir.

Mövsüm başlayanda sizə dedim ki, hər şey sizdən asılıdır, bütün problemlər sizin beyninizdədir

. İndi bu zehniyyəti qoruyub saxlamaq, çempionatda xal toplamaq və mümkün qədər yüksəklərə qalxmaq lazımdır.

Komandanı, baş məşqçini və onun heyətini təbrik edirəm, siz bir neçə gün ərzində çox iş görə bildiz”.

“Milan” matçın gedişində 0:2 hesabı ilə uduzsa da, oyunda dönüş yarada bilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı
17 Dekabr 00:10 “Bu adam qəssab deyil”