“Məni təəccübləndirdi, onların hər ikisi indi ən yaxşısıdır”

14 Oktyabr 2024 10:20 İtaliya 2 190
“Məni təəccübləndirdi, onların hər ikisi indi ən yaxşısıdır”

“Milan”ın keçmiş qapıçısı Nelson Dida bu yaxınlarda ad günü münasibətilə ona zəng edən italiyalı jurnalistlərlə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş liperi İtaliya çempionatında qapıçılarla bağlı vəziyyəti dəyərləndirib və A Seriyasının ən yaxşı qolkiperlərinin adını açıqlayıb:

“Biz hamımız “Milan”dan Mayk Menyanı yaxşı tanıyırıq. Lakin bu il “Fiorentina”dan David De Xea məni təəccübləndirdi. Düşünürəm ki, onların hər ikisi indi ən yaxşısıdır”.

“Milan” İtaliya A Seriyasının növbəti turunda doğma meydanda “Udineze” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Dekabr 18:10 Çək və bizə göndər!
24 Dekabr 04:00 Mükafatlarını aldılar