“Yuventus” ona daha bir mövsüm şans verəcək

21 İyul 2022 12:00 İtaliya 835
“Yuventus” ona daha bir mövsüm şans verəcək

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabiot gələn mövsüm də Turin klubunda qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Fransalı futbolçunun adı “Yuventus”dan gedəcək oyunçuların arasında yoxdur. Baş məşqçi Massimiliano Alleqri növbəti mövsümdə də Rabioata şans vermək istəyir.

Rabiotun bu yay MLS klublarından birinə və ya “Çelsi”yə gedə biləcəyi bildirilirdi.

O, ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti