“Mütləq keçiriləcək” - Yeni mövsümə hazırlıq planlarını açıqladı

4 İyun 02:50 Hadisə 360
“Mütləq keçiriləcək” - Yeni mövsümə hazırlıq planlarını açıqladı

AFFA hakimlər üçün mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Hakimlər Departamentinin sədri Bəhruz Teymurov deyib.

O, mövsümöncəsi hazırlıq planları və strukturda gözlənilən yeniliklərə aydınlıq gətirib:

"Hakimlərin toplanışı mütləq keçiriləcək. Mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil olunacaq.

Təlim-məşq toplanışının harada və nə vaxt baş tutacağı barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə işlər aparılır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR