“Bornmut”un yeni baş məşqçisi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.
Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Marko Rouz 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər Almaniyanın “Leyptsiq” komandasını çalışdırıb.
49 yaşlı mütəxəssisin rəhbərliyi ilə “Leyptsiq” Almaniya kubokunun və Almaniya superkubokunun qalibi olub.

