Azərbaycan millisi Avropa çempionatının finalında!

4 İyun 00:00 Milli komanda 337
Azərbaycan millisi Avropa çempionatının finalında!

inifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən oyunun əsas vaxtında qalib aşkarlanmayıb - 1:1.

Xətai Bağırov 12-ci dəqiqədə hesabı açsa da, serblər 7 dəqiqə sonra cavab qolunu vurublar. Belədə oyunun taleyi penaltilər seriyasında həll olunub.

Yığmamızın heyətində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarovun zərbələri dəqiq alınıb.

Penaltilər seriyasında 3:1 hesablı qələbə qazanan Azərbaycan millisi finala yüksəlib. Həlledici qarşılaşmada millimizin rəqibi Ukrayna olacaq.

F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR