Mundiala ən çox futbolçu göndərən klubların SİYAHISI BURADA

Mundiala ən çox futbolçu göndərən klubların SİYAHISI BURADA

DÇ-2026-ya ən çox futbolçu göndərən klubların adları məlum olub.

Sportinfo.az xəbər verir ki, siyahıya “Mançester Siti” və"Bavariya” başçılıq edir.

Məlumata görə, mundialda rekord sayda – 19 futbolçu ilə təmsil olunacaq “Mançester Siti” bu göstəricidə mütləq liderdir. Münxen təmsilçisi isə ingilislərdən cəmi bir oyunçu geri qalaraq Şimali Amerikaya 18 futbolçu göndərib.

İlk üçlüyü Çempionlar Liqasının 2025/26 mövsümünün finalçıları olan Fransa PSJ-si və Londonun “Arsenal” klubu tamamlayır. Hər iki komanda dünya birinciliyində 16 oyunçu ilə təmsil olunacaq.

DÇ-2026 iyunun 11-də start götürəcək və tarixdə ilk dəfə olaraq eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Sözügedən mundialda ilk dəfə 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti