“Neftçi”də üzə çıxan italyan: “Azərbaycan mənim ikinci evimdir“

4 İyun 23:20 Milli komanda 173
“Neftçi”də üzə çıxan italyan: “Azərbaycan mənim ikinci evimdir“

U-21 millimizə dəvət olunan Lorenzo Mezzoteronun 18 yaşı avqustda tamam olacaq.

Uşaqlıq illəri Azərbaycan futboluna - “Neftçi”yə bağlı olan italiyalı forvard hazırda “Samptoriya”nın U-19 komandasının şərəfini qoruyur.

Azərbaycan millisindən dəvət alması onu xoşbəxt edib, sevincdən özünə yer tapa bilmir. Hər halda özü belə deyir.

O, Sportinfo.az-ın əməkdaşının “Azərbaycan bayrağı sənin üçün hansı mənanı daşıyır“ sualına cavabında belə deyib:

“Bayraq mənim üçün qürur və şərəf, formasını geyindiyim ölkənin simvoludur. Biz isə futbolçular olaraq simvolu uca tutmaq üçün meydanda canımızı qoymalıyıq.

Bu şərəfli işi mənə həvalə ediblərsə, mən də bayrağı dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycan mənə həqiqətən doğmadır.

Bakını 5-6 il əvvəl tərk etsək də, hər dəfə tətillərdə gəzmək üçün gedirik, xoş vaxt keçiririk.

Azərbaycan mənim ikinci evimdir. Bakıdakı dostlarımı yenidən görmək xoş olacaq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti