Nəriman Axundzadə karyerasını Avropada davam etdirə bilər.
Millimizin hücumçusunun xidmətində bir neçə klub maraqlıdır.
22 yaşlı forvard da dəyişikliyə isti yanaşır.
Əsas səbəb isə hazırda formasını geyindiyi "Kolambus Kru"da az oyun vaxtı almasıdır.
Sabiq "Qarabağ"lı okeanın o tayında xoşbəxtdir.
Klubda ona münasibət, için idman tərəfi onu məmnun edir.
Yeganə narahatlıq məhz meydanda az olmasıdır.
Vəziyyət yaxın gələcəkdə dəyişməsə, Axundzadə gələn təklifləri dəyərləndirəcək.
Həmyerlimiz bu ilin fevral ayından MLS təmsilçisinə transfer olunub.
O, arxada qalan müddətdə 9 görüşdə meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

