Azərbaycanın 3x3 yığması Dünya Kubokunda pley-in mərhələsinə yüksəldi

4 İyun 03:50 Basketbol 362
Azərbaycanın 3x3 yığması Dünya Kubokunda pley-in mərhələsinə yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun qrup mərhələsində sonuncu matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşa millisi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda turnirin pley-in mərhələsinə vəsiqə qazanıb. Milli 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə mübarizə aparacaq.

A qrupunda yer alan yığma daha əvvəl Madaqaskarı (21:13) və Çexiyanı (14:11) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!