Azərbaycan millisi Ukraynanı uddu, Avropa çempionu oldu

4 İyun 23:43 Milli komanda 590
Azərbaycan millisi Ukraynanı uddu, Avropa çempionu oldu

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gəlib.

Millimiz finalda Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi olub.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Yığmamız daha əvvəl 2022-ci ildə müvafiq titula sahib çıxıb.

Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.

Ukrayna - Azərbaycan - 0:2

Qollar: Mirmehdi Rzayev, İsa Atayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti