“Barselona”nın ən dəyərli futbolçularından birini istəyirlər

4 İyun 15:40 Fransa 535
“Barselona”nın ən dəyərli futbolçularından birini istəyirlər

PSJ “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Çempionlar Liqasının son qalibi olan Paris təmsilçisi ispaniyalı futbolçunun transferi ilə yaxından maraqlanır.

Klubun rəhbərliyi yay transfer pəncərəsində bu keçidi reallaşdırmaq üçün addımlar atmağı planlaşdırır.

Transferin rəsmiləşdirilməsi 2026-cı il dünya çempionatından sonra baş tuta bilər.

23 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir. Bu səbəbdən, Kataloniya klubu futbolçunu asanlıqla buraxmaq niyyətində deyil.

“Transfermarkt”ın qiymətləndirməsinə görə, Lopesin bazar dəyəri hazırda 100 milyon avro təşkil edir. Bu da onu “Barselona”nın ən dəyərli oyunçularından birinə çevirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!