“O, başqa kluba keçsə, pis heç nə olmayacaq"

5 İyul 2022 12:20 İtaliya 440
“O, başqa kluba keçsə, pis heç nə olmayacaq"

“Roma”nın keçmiş futbolçusu Françesko Totti komandanın yarımmüdafiəçisi Nikolo Zaniolonun “Yuventus”a keçidi ehtimalını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Totti, Zaniolonun gedişi ilə “Roma”nın ciddi bir şey itirməyəcəyini deyib:

“O, başqa kluba keçsə, “Roma” üçün pis heç nə olmayacaq. Onun yerinə klub yaxşı əvəzləyici tapa biləcək”.

Zaniolo tezliklə “Yuventus”un futbolçusu olacaq.

Futbolçu 2018-ci ildən “Roma”da çıxış edir. Ümumilikdə o, komandanın heyətində bütün turnirlərdə 111 oyun keçirib, 22 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti