Çempionluq yolunda vacib qələbə qazandılar - VİDEO

7 May 2022 01:30 İtaliya 520
Çempionluq yolunda vacib qələbə qazandılar - VİDEO

İtaliya A seriyasında XXXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, çempionluğun iki əsas namizədindən biri olan “İnter” doğma meydanda “Empoli”ni qəbul edib.

Matçın gedişində iki top fərqi ilə geri düşən milanlılar toparlanmağı bacarıblar. Hələ ilk hissənin sonuna qədər hesabda tarazlıq yaradan “neradzurra” ikinci hissədə daha iki qol vuraraq “comeback” edib.

Bu nəticə ilə sona iki tur qalmış xallarının sayını 78-ə çatdıran “İnter” oyun sayına görə ən az bir günlük liderliyə yüksəlib. Onun ən yaxın izləyicisi 77 xala malik “Milan”dır.

Digər Xəbərlər
Xəbər Lenti