"Yuventus"un yarımmüdafiəçisi Aaron Remzi 2021-ci ildə komandanın ən çox maaş alan oyunçularından biri olub.
Sportinfo.az xəbər verir ki, uelsli 2021-ci ildə Turin klubunda 840 dəqiqə meydanda olub.
Hər oyunun dəqiqəsinə görə o, 8 min 928 avro qazanıb.
Maraqlıdır ki, komandanın sabiq hücumçuu Kriştiano Ronaldo meydanda 1 dəqiqəyə 7 min 821 avro qazanıb. Ümumilikdə portuqaliyalı bu müddət ərzində 11507 dəqiqə meydanda olub.
Remzinin Turin klubundakı maaşı 7 milyon avrodur.
Xatırladaq ki, “Yuventus” 31 yaşlı futbolçu ilə yolları ayırmağı düşünür. O, özü İngiltərəyə qayıtmaq istəyir .

